IQNA

Türkiyədə iki şiə kanalı niyə bağlandı?!

9:00 - January 24, 2017
Xəbər sayı: 3481287
Bundan təqribən 45 gün öncə yenə də Türkiyədə əsasən Qərbi Asiya gündəminə xitab edən Qüds TV də eyni şəkildə, eyni ittihamla və eyni qərarla gözlənilmədən qapadılmışdı.

Türkiyədə iki şiə kanalı niyə bağlandı?!

Məlum olduğu kimi, Türkiyədə KHK ilə "terrora dəstək və milli maraqlara zidd fəaliyyət" ittihamıilə ölkənin iki şiə kanalı 23 Yanvar 2017-ci il tarixdən qəfələtən qapatıldı. Hazırda ölkədə 1955 telekanal fəaliyyət göstərir ki, onlardan yalnız bu iki kanal Cəfəri məzhəbinə bağlı yayınlar həyata keçirirdi. Son reytinq hesablamalarında isə bu qədər kanal arasında kanal ON4 112-ci yerə, Kanal12 isə 118-ci yerə qədər yüksəlmişdilər. İndi bir çoxlarını düşündürən bu sualdır: Türkiyədə bu iki şiə kanalı niyə bağlandı?

Xatırlayırsınızsa, bundan təqribən 45 gün öncə yenə də Türkiyədə əsasən Qərbi Asiya gündəminə xitab edən Qüds TV də eyni şəkildə, eyni ittihamla və eyni qərarla gözlənilmədən qapadılmışdı. Necə onun qapadılması anlaşılan deyildisə, eləcə də bu iki kanalın qapadılması anlaşılan deyil. "Niyə anlaşılan deyil” sualını isə aşağıdakı kimi cavablandırmaq olar:

1. Qüds TV hadisəsində olduğu kimi, bu iki kanal da "terrora dəstək və milli maraqlara zidd fəaliyyət" ittihamıadı altında bağlanılıb. Heç kimə sirr deyil ki, bu iki kanalın heç birinin efir yayımında bu ittihama şamil ediləcək yayım siyasəti həyata keçirilməyib. Tam əksi, barəsində danışılan hər iki kanal istər yayım siyasətində, istərsə də idarə ediciləri baxımından Türkiyə iqtidarının terrorla mübarizəsində dəstək olub, bu mübarizədə Türkiyə hökumətinin yanında olub. Hər iki kanal yalnız "15 Temmuz”a qədər ki, Suriya siyasətinə qarşı olub, "15 Temmuz”dan sonra isə Türkiyə iqtidarının Suriya siyasəti dəyişərək kanalların tənqidlərini müsbət mənada minimuma endirmiş olub. Dolayısı ilə artıq aylardır ki, hökumət illərlə göstərilən Suriya yanlışından geri qayıtdı. Bunu hər iki kanalı izləyənlər çox yaxşı bilir. Əminəm ki, dövlətdə və hökumətdə də bunu gözəl bilir və anlayırlar.

2. Kanal 12-nin bu ittihama məruz qalması isə bir ayrıca trajikomik durumdur.
Əvvəla, bu kanal "Səsli düşüncələr” istisna edilməklə, heç bir siyasi tərkibli yayım həyata keçirmir. "Səsli düşüncələr” proqramı isə yarısiyasi məzmunlu proqramdır və ölkə gündəmini kifayət qədər peşəkar bilən jurnalist K.Alcan tərəfindən təqdim olunur. Onun da nə keçmiş, nə də hazırkı fəaliyyətində hər hansı terrora dəstək və ya çağırış kimi izlərə rast gəlmək qətiyyən mümkün deyil. Bu kiçik istisna xaric, Kanal12-nin veriliş və proqramlarında xəbər, gündəm, təhlil və ya hər hansı siyasi məzmunlu yayım fəaliyyəti mövcud deyil. O zaman bu kanal necə olur da belə bir ittihamla qarşı-qarşıya gətirilir?

3. Kanal On4 TV-yə gəlincə, bəli, bu kanal yetərincə siyasi, hərbi, iqtisadi, siyasi və digər məzmunlu geniş anlamda yayım həyata keçirən universal televiziyadır. Lakin, daha öncə də qeyd etdiyimiz kimi, kanalın yayım siyasətinə diqqət yetirildiyində, onun Türkiyənin terrorla mübarizədə hər zaman həm dövlətin, həm də hökumətin yanında yer aldığı açıq-aşkar ortadadır. Bu dəstək Türkiyənin istər PKK terror təşkilatı ilə, istərsə də "15 TEMMUZ”dan bu yana daha da quduzlaşan fətullahçılarla mübarizədə olsun, özünü aydın şəkildə birüzə vermişdir. Xüsusən də fətullahçılarla mübarizə ilə bağlı kanalın yayımlamış olduğu xəbər və ANAHABER buraxılışları, gündəm, təhlil və digər proqramlarla yanaşı ON4-ün yayımladığı "FETÖ terrör örgünün Azerbaycan ayağı” və "Kalkışma” kimi sənədli filmlərinin nümayişi ilə də bunun şahidi olmuşuq. Üstəgəl, televizyanın həftədə 1 gün yayımlanan "Medyayorumu”, həftədə 5 gün yayımlanan "Okuyorum” kimi verilişlərin haradasa hər proqramında terrorla mübarizədən danışılıb, davamlı milli maraqların təmininə çağırışlar edilib.

4. 2016-cı ilin 20 dekabrında TRT də Pelin Çiftin təqdimatında yayımlanan "Gündem Ötesiverilişində milyonlarla Əhli-beyt (ə) ardıcılının dini-etiqadi dəyərləri və hisləri tapdalandı. Veriliş zamanı şiə əqidəsində olmayanlar Cəfəri məzhəbinə aid edilmiş, veriliş boyu məzhəblərarası nifaq toxumları səpilmişdi. O zaman Türkiyə ictimaiyyətinin bir çox kəsimi kimi, kanal ON4 və Kanal12 rəhbərliyi də buna etiraz etmiş, bəyanatlar yaymışdılar, dəfələrlə bu verilişə görə təkziblərin verilməsi, aparıcının məzhəb fitnəsinə təhrikedici mövqeyinə görə cəzalandırılması tələb edilmişdi. ON4 TV bu barədə xəbərlər və xüsusi verilişlər ("Medyayorumu”) yayınladı. Amma çox narahat edicidir ki, nə TRT, nə bu qadın aparıcı, nə də orada şiə məzhəbinə qarşı atılan iftiralar haqqında hər hansı bir ölçü götürülmədi, hər hansı bir tədbir görülmədi. Bu hadisədən təqribən 1 ay sonra isə cəzasızılıını doğurduğu ədalətsizlik nəticəsində ON4 TV və Kanal12-nin özü qapadıldı.

Xülasə edərsək, bu iki kanalın heç birinin yayım siyasətində və fəaliyyətində istər terrora dəstək hesab olunacaq hər hansı bir element, istərsə də, terrorla mübarizəyə maneə olacaq və milli maraqlara zərbə vuracaq hər hansı bir xırda əlamət ortaya qoymaq mümkün deyil. Eyni fikirləri qeyd-şərtsiz ötən ilin sonu qapadılan, bu ilin başından yenidən fəaliyyətə başlayan Qüds TV-yə də şamil edə bilərik.

Düşünmürəm ki, bu Türkiyə dövlətinin qərarıdır. Bu hadisə bir daha onu göstərir ki, necə ki, Türkiyə polisi, mediası, məhkəmə hakimiyyətinin və digər qurumlarının tərkibində hələ də fətullahçılar var, eləcə də dövlət eşalonunun bəzi qatlarında da bu terror təşkilatının öncədən yerləşdirilmiş adamları hələ də mövcuddur. Əks təqdirdə, fətullahçılarla mübarizə adı altında (ki, Türkiyədə hal-hazırda terrorla mübarizə deyildikdə, ilk ağla gələn fətullahçılarla mübarizə qəbul edilir) terrorçu Fətullah Gülənin Türkiyədə arzulamadığı 1 No-li televiziya kanalları qapadılmazdı. Görünən odur ki, fətullahçılara bağlı qara və gizli mərkəzlər hələ də öz təsirlərini tam itirməyiblər. Buna rəğmən, yenə də sağlam məntiqin qalib gələcəyinə, efirində vəhdət xəttini gözləyən hər iki kanalın fəaliyyətinin bərpa ediləcəyinə ümid edirəm.

Mehdi Fərəc

Araşdırmaçı-yazar

captcha