IQNA

Şəki rayonu “Hacı Mir Ələkbərağa” məscidi dini icması maarifləndirici tədbir keçirib

12:03 - July 18, 2017
Xəbər sayı: 3481884
Şəki rayonu Aydıbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının həyata keçirdiyi “İslam dini sülh, həmrəylik və vəhdət dinidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Şəki rayonu

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ahlibeyt.az-ə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Aydıbulaq kənd "Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Pirimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıb.

Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov çıxış edərək, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.

Daha sonra çıxış edən Aydıbulaq kənd "Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Pirimov qeyd edib ki, əgər din öz məfkurəsindən, elmi izahından uzaqlaşarsa dini radikalizm, yəni dində ifratçılıq yaranar. Nəticədə isə vətənpərvərllik və milli kimliyimiz unudular.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

captcha