İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) maide.az-a istinadla xəbər verir ki, bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri
Akif Əli "Report"un sorğusuna cavab olaraq bildirib ki, sentyabrın
1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: "Ayın 2-si şənbə gününə təsadüf
etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.
Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil
olacaq. Sentyabrın 5-i iş günüdür.