IQNA

Appelyasiya Məhkəməsi əvvəlki hökmü təsdiqləyib

12:20 - July 19, 2017
Xəbər sayı: 3481887
Dünən Bakı Apellyasiya Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayəti ilə bağlı növbəti və sonuncu məhkəmə prosesi keçirilib.

Appelyasiya Məhkəməsi əvvəlki hökmü təsdiqləyib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslaminSesi-nə istinadla xəbər verir ki, dünən Bakı Apellyasiya Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayəti ilə bağlı növbəti və sonuncu məhkəmə prosesi keçirilib.

Xatırladaq ki, apellyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı Tipli Həbsxanasına köçürülməsi ilə bağlı verdiyi qərarla bağlı idi və bundan öncəki məhkəmə prosesində Mövsüm Səmədovun vəkili Yalçın İmanov bir neçə vəsatətlə çıxış etməsinə baxmayaraq məhkəmə tərəfindən sözügedən vəsatətlər təmin olunmamışdır. Məhkəmədə AİP rəhbbərliyi, funksionerləri çoxlu sayda inanclı kəsimin nümayəndələri iştirak ediblər.

İslaminSesi xəbər verir ki, məhkəmə prosesi hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutub.

Bu dəfəki məhkəmə prosesində doktor Səmədovun vəkili Yalçın İmanov növbəti dəfə çıxış edərək 12 saylı CÇM-nin rəhbərliyi tərəfindən Mövsüm Səmədovla bağlı məhkəməyə verilən təqdimatların qeyri-qanuni, qərəzli və ziddiyyətli olduğunu söylədi. Eyni zamanda vəkil onu da qeyd etdi ki, Qaradağ Rayon Məhkəməsində davam edən 4 saatlıq məhkəmə prosesindən məhkəmə heyəti 10 dəqiqəyə hökm oxuyub.

Bundan sonra çıxış edən dövlət ittihamçısı və 12 saylı CÇM-nin nümayəndəsi mayor Namiq Əliyev Mövsüm Səmədovla bağlı Qaradağ Rayon Məhkəməsinin 3 illik müddətinə Qobustan Qapalı Tipli Təcridxanasına göndərilməsi ilə bağlı qərarın qüvvədə saxlanmasını istədilər.

Hakimlər heyyəti müşavirədən sonra birinci məhkəmə instansiyasının hökmünün qüvvədə saxlandığını elan etdilər.

İyul ayının 22 AİP lideri Mövsüm Səmdədov növbəti dəfə və 3 illik müddətinə Qobustana göndəriləcək.

Vəkil Yalçın İmanov onu da qeyd edib ki, Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklər.

Qeyd edək ki, Mövsüm Səmədov bundan öncə 2 illik müddətinə Qobustana göndərilmişdi. Onun 2 illik cəza müddəti bitdikdən sonra növbəti dəfə ona 12 saylı CÇM-də saxta ittihamlar irəli sürülürək yenidən Qobustana göndərilməsi barəsində qərar çıxarıldı. AİP rəhbərliyi, hüquq müdafiəçiləri və siyasi xadimlər Mövsüm Səmədovla bağlı baş verənlərin onun siyasi kimliyi və zamanında siyasi hakimiyyətə qarşı etdiyi tənqidi çıxışı ilə əlaqəli olduğunu qeyd edirlər.

captcha