IQNA

Kəşmirdə cümə namazına mane oldular

9:02 - July 23, 2017
Xəbər sayı: 3481892
Hindistan təhlükəsizlik qüvvələri bu ölkənin nəzarətində olan Kəşmirin Srinqer came məscidində cümə namazının qılınmasının qarşısını alıblar

Kəşmirdə cümə namazına mane oldular

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik tədbirləri gücləndirilib və 4 nəfərdən artıq toplaşma qadağan olunub.

Bunun ardınca, ötən gün Narndra Mudi hökuməti Kəşmirin müxtəlif bölgələri, o cümlədən Srinqerdə cümə namazının qılınmasına icazə verməyib.

Ötən üç ayda Kəşmirin Srinqer came məscidində cümə namazının qılınmasın qadağan edilmişdir.

Hindistanın nəzarətində olan Kəşmirin vəziyyəti ötən il təhlükəsizlik qüvvələri tərəfindən əl-Mücahidin partiyasının komandanı Burhan Müzəffər Vainin öldürülməsi ardınca gərginləşib.

Hindistan təhlükəsizlik qüvvələrinin Kəşmir əhalisinə hücumlarında indiyə qədər 200-dən çox sakin həlak olub və minlərlə nəfər yaralanıb.

Teqlər: iqna ، quran ، İslam ، hindistan ، keşmir ، came məscidi
captcha