IQNA

Türkiyə Məscidül-Əqsayla bağlı bəyanat verdi

9:57 - July 23, 2017
Xəbər sayı: 3481894
Türkiyə Xarici İşlər Nazirliyi Qüdsdə Hərəmi-Şərifdə bir daha Cümə namazının qılına bilinməməsi və baş verən hadisələrdə 2 nəfərin həyatını itirməsi ilə bağlı bəyanat verib.

Türkiyə Məscidül-Əqsayla bağlı bəyanat verdi

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Qüdsdə Hərəmi-Şərifdə bir daha Cümə namazının qılına bilinməməsi və baş verən hadisələrdə 2 nəfərin həyatını itirməsi ilə bağlı bəyanat verib.

Bəyanatda; "Bu gün Qüdsdə Hərəmi-Şərifdə bir daha Cümə namazının qılına bilinməməsindən, həmçinin baş verən hadisələrdə iki ölü, onlarla yaralı olmasından dərin təəssüf və narahatlıq duyuruq. İsrailin 1967-ci ildən bu yana işğal altında saxladığı Şərqi Qüdsdəki Hərəmi-Şərifin, şərafətinə və tarixi statusuna hörmət göstərməsi humanitar və hüquqi bir öhdəlikdir. Müsəlmanların ən müqəddəs ibadət ocaqlarından biri olan Hərəmi-Şərifin girişlərinə qoyulan detektorlar daxil bütün məhdudiyyətlərin dərhal ləğv edilməsi və tez bir zamanda status-kvoya qayıdılması istiqamətində beynəlxalq birliyin etdiyi çağırışlara İsrailin qulaq verməsi gözlənilir. Sükunətin təmin olunması baxımından bu vacibdir",- deyilib.

captcha