İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, etiraz aksiyası Vyananın mərkəzində keçirilib və mindən çox avstriyalı aksiyada iştirak edib.
Etirazçılar əllərində Fələstin bayraqlarını daşıyıb. Onlar işğalçı İsrail rejiminin Qüdsdə islami müqəddəs məkanlara təcavüzünü davam etdirməsini pisləyib. Etirazçılar beynəlxalq ictimaiyyətin bu təcavüzlər qarşısında sükutunu tənqid edib.
Qeyd edək ki, iyulun 15-də 3 fələstinli gəncin şəhadəti və müqəddəs məscidin bağlanmasından sonra dünyanın müxtəlif ölkələrində işğalçı rejim əleyhinə etiraz aksiyaları keçirilir.