IQNA

Quranı təhqir edən rahibə qarşı cinayət işi başladıldı

12:41 - July 25, 2017
Xəbər sayı: 3481904
Avstraliyada yerləşən “Azadlıq” adlı Baptist kilsəsinin pastoru (keşişi) Keyt Payperə qarşı araşdırma başladılıb.

Quranı təhqir edən rahibə qarşı cinayət işi başladıldı

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Avstraliyada yerləşən "Azadlıq” adlı Baptist kilsəsinin pastoru (keşişi) Keyt Payperə qarşı araşdırma başladılıb. Belə ki, keşiş öz çıxışlarının birində müqəddəs Qurani Kərimi "müsəlmanların beynini xarab edən virus” adlandırıb.

Pastor məlum çıxışını "YouTube”-a yerləşdirib. Video yüzlərlə internet istifadəçisinin təəccüb və hiddətinə səbəb olub. Üstəlik, pastora etiraz edənlər arasında kifayət qədər də qeyri-müsəlmanlar var.

Maraqlıdır ki, rahib İslamla yanaşı, multikulturalizmin də prinsiplərini "tənqid” edib. Onun fikrincə, multikulturalizm "uşaqların müsəlman olmasına” səbəb olur.

Bir neçə nəfər Avstraliyanın Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət edib. Çünki, məlum məbəd ölkə məktəblərinə dinşünaslıq üzrə maddi yardımın göstərilməsi ilə də məşğuldur.

Aktivistlərin fikrincə, bu cür islamofob çıxışlar edən dini təşkilatların məktəb təhsilinə çıxışları olmamalıdır.

Teqlər: iqna ، İkna ، İslam ، məscid ، rahibə ، avstraliya
captcha