IQNA

“Human Right Watch” Səud rejiminin anti-şiə addımlarını tənqid etdi

11:46 - July 26, 2017
Xəbər sayı: 3481906
“Human Right Watch” təşkilatı S.Ərəbistanında 14 cavanın tezliklə edam olunması ilə bağlı xəbərdarlıq edib.


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən xəbər verir ki, Beynəlxalq "Human Right Watch” təşkilatı S.Ərəbistanında 14 cavanın tezliklə edam olunması ilə bağlı xəbərdarlıq edib. Əksəri şiə bölgəsi olan Qətif və Əvamiyyə vətəndaşı olan bu şəxslər, ölkə sabitliyini pozmaqda və iğtişaş yaratmaqda ittiham olunurlar.

Bu məsələni tənqid edən beynəlxalq insan haqları müdafiə təşkilatı, Səudiyyə Ərəbistanında olan məhkəmələrin beynəlxalq hüquqa zidd olduğunu və sadəcə müxalifləri aradan aparmaq üçün bir vasitə olduğunu bəyan edib.

Qeyd edək ki, ötən günlərdə 14 nəfərdən əlavə, əksəri şiə olan daha 29 vətəndaş edam hökmünə məhkum olunub.



captcha