İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Bəhreyn polisi paytaxt Manamanın mərkəzi küçələrindən birində etiraz aksiyası keçirən məhbus ailələrinə hücum edib.
Aksiyaya müdaxilə edən polis 8 qadını saxlayaraq naməlum istiqamətə aparıb. Hadisə zamanı 12 qadının da yaralandığı bildirilir. Bəhreyn İnsan Haqları Mərkəzi polisin bu addımını vəhşilik olaraq xarakterizə edib.