IQNA

Qahirə radiosunda "Şeyxul-Qürra"nın 100 illik yubileyi qeyd edildi

0:10 - September 17, 2017
Xəbər sayı: 3482169
Misirin paytaxtı Qahirənin "Soutul-Ərəb" radiosu tanınmış və məşhur Quran qarisi Şeyx Məhmud Hüsərinin anadan olmasının yüz illiyi münasibəti ilə onun həyat yolu və yaradıcılığı barədə danışıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirənin "Soutul-Ərəb" radiosu tanınmış və məşhur Quran qarisi və tərtil ustadı və həmçinin öz dövünün "Şeyxul-Qürras"ı (Quran qiraətçilərinin şeyxi) adlanan Şeyx Məhmud Hüsərinin anadan olmasının yüz illiyi münasibəti ilə dünən (16 sentyabr 2017-ci il) "bil-Ərəbiyyə" proqramında onun həyat yolu, insani səciyyələri, Qurani xidmətləri və yaradıcılığı barədə danışdı.

Bu proqramda mərhum Şeyxul-Qürranın qızı xanım Yasmin əl-Hüsəri atası barədə olan xatirələrindən, Hüsərinin indiyədək deyilməyən cəhətlərindən, onun İslam dünyasının rəhbərləri ilə əlaqələrindən söz açıb və deyib ki, çalışırıq humanitar işlər görmək və xeyriyyə müəssisələri təsis etməklə atamın adını əbədiləşdirək.

Proqramın davamında Şeyx Xəlil Hüsərinin şagirdləri və müridlərinin sözləri və həmçinin Şeyxin nadir Quran qiraətləri də yayımlanıb.

Qeyd edək ki, Məhmud Xəlil Hüsəri öz dövründə Misir qarilərinin "Şeyxul-Qürrası" adlanıb. Uşaq vaxtından Quranı əzbər bilib. 1944-cü ildə Misirin Quran radiosu yarışlarında birinci yeri qazanıb. O, Quran tilavətinin səsi Misir radiosundan yayımlanan ilk şəxs olub. Və həmçinin o ilk qaridir ki, onun tərtil ilə oxuduğu Quran tilavəti Məkkə və Mədinənin məscidlərinin minarələrinin səsucaldıcılarından hamı üçün yayımlanıb.

Əgər indi həyatda olsaydı, bu gün, 17 sentyabr 2017-ci il, onun 100 yaşı tamam olacaqdı. Ruhu şad.

http://www.iqna.ir/fa/news/3642464


captcha