IQNA

İran öz humanitar yardımlarını qaçqınlara arasında payladı - Foto

9:26 - September 17, 2017
Xəbər sayı: 3482171
İran İslam Respublikasının ilk humanitar yardım karvanı dünən ruhingiyalı qaçqınlar düşərgəsinə çatdırıldı və paylanıldı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin cümə günü, İran İslam Respublikasının ruhingiyalı müsəlman qaçqınlar üçün göndərdiyi humanitar yardımlar Banqladeşin inkinci böyük şəhəri "Çittaqonq" hava limanında boşaldılmışdı, dünən, həftənin şənbə günü isə ruhingiyalı müsəlman qaçqınların arasında paylaşılıb.

Qida və dərman məhsullarından ibarət humanitar yardımları İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlarıözləri qaçqınlara çatdırıblar.

Dünən, həftənin şənbə günü, İran İslam Respublikasının Banqladeşə ezam olunmuş heyəti Myanmar sərhədində qaçqın düşərgələrinə baş çəkiblər və qaçqınlar ilə söhbət ediblər.

Humanitar yardımların paylanılmasında İranın xarici işlər nazirliyinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur, İranın Qırmızı Aypara cəmiyyətinin məsul işçisi Mürtəza Səlimi və İranın Banqladeşdəki səfiri Abbas Vaizi iştirak ediblər.

http://www.iqna.ir/fa/news/3642628

توزیع کمک‌های ایران در میان آوارگان روهینگیایی


توزیع کمک‌های ایران در میان آوارگان روهینگیایی

توزیع کمک‌های ایران در میان آوارگان روهینگیایی
Teqlər: iqna ، myanmar ، iran ، humanitar ، banqladeş
captcha