IQNA

Qətər nümayəndəsinin İmam Əlidən (ə) hədis nəql etməsi Səud rəsmisini qəzəbləndirdi

14:27 - September 17, 2017
Xəbər sayı: 3482172
Qətərin Ərəb Birliyindəki nümayəndəsinin İmam Əlinin (ə) sözlərindən birinə istinad etməsi Ali Səud nümayəndəsinin qəzəbinə tuş gəlib.

Qətər nümayəndəsinin İmam Əlidən (ə) hədis nəql etməsi Səud rəsmisini qəzəbləndirdiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla xəbər verir ki, Qətərin Ərəb Birliyindəki nümayəndəsi Sultan bin Səd əl-Mərixi birliyə üzv olan ölkələrin xarici işlər nazirlərinin iclasında 37 dəqiqə çıxış edərək, bir sıra ərəb ölkələrinin Qətərə qarşı olan hiylə və planlarından söz açıb.

Onun sözlərində diqqət olunası və təəccüblü məqam isə İmam Əlinin (ə) hədisinə istinad etməsi olub.

Əl-Mərixi öz sözünə başlayarkən imam Əlinin (ə) sözlərindən birinə toxunaraq bildirib: "Ağamız Əli (ə) sözlərindən birində belə buyurur: "Haqq əhli batil müqabilində susduğu zaman batil özünün haqq olduğunu güman edər”. (youtubedəki videonun 22-ci saniyəsi)

Əl-Mərixinin çıxışından sonra çıxış edən Səud nümayəndəsi bu sözlərə olan qəzəbini gizlədə bilməyib.

Qeyd edək ki, Mərixinin İran haqqında olan çıxışının bir hissəsi ərəb mediasının gündəminə düşmüşdü.


Teqlər: qətər ، İmam Əli ، iqna ، quran ، səud
captcha