IQNA

Avstriyanın "azadlıq partiyası"nın rəhbəri:

Müsəlmanların çoxalmasının qarşısını alacam

6:43 - September 19, 2017
Xəbər sayı: 3482178
Avstriyanın anti-İslam "azadlıq partiyası"nın rəhbəri keçən həftənin şənbə günü, özünün seçki kompaniyasında and içdi ki, bu ölkədə müsəlman cəmiyyətinin çoxalmasının qarşısını alacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın anti-İslam "azadlıq partiyası"nın rəhbəri keçən həftənin şənbə günü, 16 sentyabr 2017-ci il, özünün seçki kompaniyasında and içdi ki, bu ölkədə müsəlman cəmiyyətinin çoxalmasının qarşısını alacaqdır.

Haynz Kristian Strax (Heinz-ChristianStrache) – Avstiryanın islamofob "azadlıq partiyası"nın rəhbəri dedi: Azadlıq partiyasına rəy vermək Avstriyanın qapılarını müsəlman mühacirlərdən qorumağın və "demokrataik partiyası"nın siyasətlərin icrasının yeganə yoludur.

Avstiryanın islamofob "azadlıq partiyası"nın rəisi seçkiqabağı təbliğat kampaniyasında avstriyalılara söz verib ki, müsəlman mühacirlərə göstərilən rifahi xidmətləri məhdudlaşdıracaq və bundan əldə edilən gəliri Avstirya xalqının xeyirinə istifadə edəcəkdir.

Avstriyanın Azadlıq partiyası 2018-ci ilin parlament seçkilərində qələbə qazanacğına ümid edir.

Qeyd edək ki, müsəlmanlar Avstriya cəmiyyətinin 8%-ini təşkil edirlər ki, bu ölkənin elmlər akademiyasının verdiyi hesabata görə, 2046-cı ilədək müsəlmanların sayı 21%-ədək çoxalacaqdır.

http://www.iqna.ir/fa/news/3643404


Teqlər: iqna ، avstriya ، islamofob
captcha