IQNA

Ərəb bazarlarında Quran oxuyan gəlinciklər – FOTO

6:46 - September 19, 2017
Xəbər sayı: 3482180
Bu günlərdə Ərəb ölkələrinin bazarlarında "Cənnət" adlı gəlincik ən çox satılan və sevilən oyuncaqlardan birinə çevirilmişdir. Bu gəlincik uşaqlara Quran oxumağı öyrədə bilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu günlərdə Ərəb ölkələrinin, o cümlədən Ərəbistan, Küveyt, Bəhreyn və BƏƏ-nin bazarlarında "Cənnət" adlı gəlincik ən çox satılan və sevilən oyuncaqlardan birinə çevirilmişdir. Bu gəlincik uşaqlara Quran oxumağı öyrədə bilir.

"Cənnəti" onun anası yaratmışdır. Belə ki, Süməyrə Əmarir adlı bir xanım bu gəlinciyi ixtira edərək öz qızı "Cənnət"in adını gəlinciyə qoymuşdur. Fransalı müsəlman tacir xanımın hazırladığı bu gəlincik uşaqlara Quran oxumağı öyrədir.

Son aylarda Çin fabrikləri tətəfindən çoxsaylı tirajla istehsal olunan "Cənnət" gəlincikləri Quran-Kərimin dörd surəsini əzbər bilir və uşaqlar üçün oxuyur.

Ərəbistanın Cəddə şəhərinin sakini Ayişə Siddiqi də bu gəlinciklərdən birini qızı üçün hədiyyə almışdır. O bu gəlincik barədə deyir: Mən bu gəlinciyi 5 yaşlı qızım üçün alıb evə gətirdim. Evdə gəlinciyi qutusundan çıxardan kimi qızım mənə dedi: Ana, bu gəlincik sənə oxşayır, sənin kimi libas və baş örtüyü vardır.

Ayişə Siddiqi əlavə etdi: Bu gəlincik İslami adət-ənənə və sünnəyə uyğundur və bizim uşaqlarımıza Quranı öyrənməyə kömək edir.

"Cənnət"in fotoları sosial şəbəklərdə də geniş şəkildə yayılıb və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

http://www.iqna.ir/fa/news/3643374














Teqlər: iqna ، kukla ، gəlincik
captcha