IQNA

Humanitar təşkilat:

Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür

23:09 - November 17, 2017
Xəbər sayı: 3482396
Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib. Humanitar təşkilatların verdiyi hesabata görə, Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın tanınmış humanitar təşkilatlarından olan "Save the Children" bəyan edib ki, Səudiyyə Ərəbistanının Yəməni blokadaya alması ucbatından hökm sürən aclıq və yoluxucu xəstəliklər səbəbilə hər gün bu ölkədə 130 uşaq ölür.

İslamazeri.com-un xəbərinə görə, təşkilat blokadanın təcili olaraq dayandırılmayacağı təqdirdə vəziyyətin daha faciəli hal alacağı ilə bağlı xəbərdarlıq edib.

"Humanitar təşkilatlara təcili və maneəsiz şərait yaradılmayacağı, fondun vəsaitinin artırılmayacağı təqdirdə Yəməndə uşaqların çoxu müalicəsiz qalacaq. Müalicə və zəruri yardım çatdırılmayacağı halda isə hər il bu ölkədə uşaqların 20-30 faizi şiddətli aclıq ucbatından həlak olacaq", - deyə mərkəzi Britaniyada yerləşən təşkilatın açıqlamasında deyilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı havadan, sudan və quru yollarından blokada tətbiq edir.


Teqlər: iqna ، yəmən ، aclıq ، ölüm
captcha