IQNA

Bu axşam “Zindandakı təbib” bəlgəsəli ilk dəfə ekranlara çıxır

14:50 - November 19, 2017
Xəbər sayı: 3482406
Azərbaycan İslam Partiyasının həbsdəki sədri Hacı Mövsüm Səmədovun həyat yolu və ictimai-siyasi mübarizəsini əks etdirən yeni sənədli film izləyicilərin ixtiyarına veriləcək.

Bu axşam Tanınmış ruhani, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının həbsdəki sədri Hacı Mövsüm Səmədovun həyat yolu və ictimai-siyasi mübarizəsini əks etdirən yeni sənədli film izləyicilərin ixtiyarına veriləcək. İlk dəfə yayınlanacaq və 3 bölümdən ibarət bəlgəsəl "Zindandakı təbib” adlanır.

Sənədli filmin ilk bölümü bu bazar günü, noyabrın 19-u Azərbaycan saatı ilə 21.00-da "Kudüs TV”-də mavi ekranlara çıxacaq. Filmin növbəti 2 bölümü eyni saatlarda 26 noyabr və 03 dekabr tarixlərində (bazar günlərində) yayınlanacaq.

Filmdə Hacı Mövsüm Səmədovun ailə üzvlərinin, yaxın qohumları və uşaqlıq dostlarının, eləcə də sədri olduğu partiyadaşlarının, həmçinin ruhani həmkarının və vəkilinin onun barəsindəki fikirləri yer alıb. Bəlgəsəldə həmçinin dr. Səmədovun Milli Azadlıq Hərəkatı dövründən günümüzədək ölkə həyatında oynadığı rola, yayınlanmamış müsahibəsinə və həbsinə səbəb kimi göstərilmiş çıxışına yer verilib.

captcha