IQNA

Maraqlı təcrübə: Qızlara və oğlanlara ayrı dərs keçildi

15:10 - January 12, 2018
Xəbər sayı: 3482629
Kameskiy-Uralskiy şəhərinin 34 saylı məktəbində 2014-cü ildən başlayan təcrübəyə əsasən qızlar və oğlanlara ayrı təhsil verilib. İbtidai sinif müəllimləri əmindirlər – uşaqlara belə yaxşıdır.

Maraqlı təcrübə: Qızlara və oğlanlara ayrı dərs keçildiRusiyanın Sverdlovsk əyalətində məktəblərin birində maraqlı bir təcrübə həyata keçirilib, məlumata görə, nəticələr böyük maraq doğurub.

Kameskiy-Uralskiy şəhərinin 34 saylı məktəbində 2014-cü ildən başlayan təcrübəyə əsasən qızlar və oğlanlara ayrı təhsil verilib. İbtidai sinif müəllimləri əmindirlər – uşaqlara belə yaxşıdır.
Qeyd edək ki, uşaqlarda  dərsdə ayrı otursalar da, qalan vaxtlar – tənəffüslərdə, idman dərsində, yeməkxanada, ekskursiyalarda bir yerdə olurlar və ünsiyyət qururlar. İbtidai sinifdən sonra siniflərin birləşdirilməsi nəzərdə tutulur. Bu, cinslər arasında ünsiyyətin sosial şəbəkələrdə deyil, canlı olması üçündür. 5-7 –ci sinif – yaşın, dostların, seçimin vacib olduğu dönəmdir, uşaq sosiumda şəxsiyyətə çevrilir.
Ayrı siniflərdə oğlanları daha çox idmana, məsələn hokkeyə orienatasiya eləməyə çalışılıb. Dərslərə daha çox kişi müəllimlər cəlb olunub. Düzdü sinif rəhbəri kimi kişi müəllim tapmaq bir az problemə çevrilib.
Qızlar isə daha çox xoreoqrafiya və əl bacarıqlarına cəlb olunub, yerli incəsənət evində dərslər keçilib.
Psixoloqlar yaxşı bilirlər ki, təhsil alanlar arasında əks cinsin nümayəndəsi olacaqsa, istər qız, istərsə də oğlan, hətta bilməyərəkdən belə təəssürat yaratmağa çalışır. Bu da onun diqqətinin dərsdən yayınmasına gətirir.
Valideynlər də, alimlər də bilirlər ki, aşağı yaşlarda oğlanlar həm əqli, həm də fiziki cəhətdən qızlardan 2-3 il geri qalır: Onların beyinlərinin sol yarımkürəsi  daha gec inkişaf edir. Bu səbəbdən  məktəblərdə  təhsil sistemi qızlara uyğun qurulub.
Lövhədə cavab verərkən uşağa gülünməsi çox utancverici və alçaldıcıdır. Beləliklə də uğursuzluq kompleksi, həmçinin öz yaşıdlarına və böyüklərə qarşı  aqressiya yaranır. Oğlanlar üçün əsas olan risq eləmək, iradəsinin və mənəvi gücünü göstərmək, birinci olmaq arzusu, qəhrəmanlıq, qərarlarını özünün qəbul etməsi əsasdır. Lakin onları hazır tapşırığı təkrarlatmaq və sakit oturtmağa məcbur etməklə necə əsl kişi tərbiyə etmək olar? 
Gender siniflərində cinslərin psixologiyasını nəzərə almaq daha rahatdır.  Qızlar ünsiyyətdə utancaqdırlar və oxumağa daha meyillidirlər. Onlara detallar və prsesin özü maraqlıdır. Onlar tapşırıqları daha yaxşı mənimsəyirlər. Bununla belə oğlanlardan utanırlar və cavavb verməkdən çəkinirlər.
Oğlanlar olmayanda isə qızlar özlərini rahat hiss edir, əl qaldırmağa, səhv etməyə utanmır, böyük məmnuniyyətlə bir-birlərinə kömək edirlər.
Oğlanlar bilikləri özləri qazanmağa çalışırlar. Onlar tapşırığı addım –addım yerinə yetirmirlər, əksinə özləri fikirləşir və müəllimin dediyindən nəticə çıxarmağa çalışırlar. Bu səbəbdən  hər bir tapşırıq, yeni bir macəradır. Onların qavraması daha dolğun, canlı, emosionaldır. Problem xarakterli məsələlər oğlanın xoşuna gəlir və o, birinci cavab vermək üçün aktiv şəkildə axtarış aparır.
Eksperimental siniflərdə görünüb ki, qızlar kollektiv tapşırıqları daha yaxşı yerinə yetirirlər. Onlar dərhal rolları bölüşdürür, bir-birləri ilə məsləhətləşir və bir yerdə qərar verirlər. İndividual tapşırıqlarda isə hətta cavabı bilsələr belə qərarsız olurlar.
Bundan başqa müəllimlər müəyyən ediblər ki, hətta səhv eləsələr belə, qızları hər zaman tərifləmək lazımdır, yoxsa özünə qapanar və gələn dəfə cavab verməyə qorxarlar. Oğlanlar belə rəftarı anlamırlar.
Qızlar olmadıqda oğlanlar fikirlərini deməkdən utanmır, hətta fərqli olsa belə öz düşüncələrini dilə gətirməkdən çəkinmirlər.
Daimi səs-küy və qara-qışqırıq norma olmasına rəğmən, müəllimlər görüblər ki, oğlanların siniflərdə daha az aqressiya var.
Hər bir oğlan qızın qarşısında özünü göstərməyə çalışır. Burda isə hamı bərabərdir və onun özünü sübut etmə xüsusiyyətini liderlik xüsusiyyətinə yönəltmək olur.
Daha bir maraqlı nüans: Bütün uşaqlar özlərini ləyaqətli aparırlar. Belə ki, onların sinfinə ümumi sinifdən məktəbin ən dalaşqan uşağı gəldikdə, uşaqlar özləri onu tərbiyə edə bilmişdilər.
Gender siniflərində qızlar daha rahat rabitə qururlar. Oğlanlar isə özlərini heç kimə göstərmə məcburiyəti duymadıqlarından müəllimlə münaqişəyə girmirlər. Düzdür, onların etimadını qazanmaq çətindi, amma sonra müəllimə sadiq olurlar.
Sinif rəhbəri belə bir hadisəni danışır: Bir dəfə o, oğlanlara sinfi dərindən təmizlik barədə xəbərdarlıq etməyi unudub. Lakin səhəri gün sinfi tərtəmiz halda gördükdə isə uşaqlar deyir: «Siz ümumiyyətlə bu barədə narahat olmayın. Biz artıq böyümüşük».
Amur Tibb Akademiyasının Pediatriya Kafedroasının müdiri Yelena  Romansova vurğulayıb ki, uşaqların nəinki psixikası, həm də sağlamlığı düzəlib. Oğlanlar sinfində uşaqlar itələşmirlər. Sağlamlıq monitorinqi göstərib ki, uşaqlar daha gec-gec xəstələnməyə başlayıblar.
Qarışıq siniflərdə isə ilk yarım ildə uşaqlar stress və adaptasiya ilə əlaqədar çəkilərini itirirlər. Ancaq ayrı siniflərdə bu baş vermir.
Dr. V.F. Bazarnıy maraqlı bir məsələyə toxunub: «Qızlar və oğlanları fərqli məsələlər maraqlandırır. Mən onlara eyni nağılı oxuyuram. Ancaq qızları bir obraz, fikir, hisslər maraqlandırır, oğlanları isə digər. Müəllim qarışıq sinifdə marağı qoryub saxlaya bilmir. Sözə qulaq asmaq, disiplin və 2 verməklə hədələmə əsas götürülür. Təəssüf ki, bütün məktəblər bunun üzərində qurulub».
O bildirib ki, bölünməyə kimi əlaçılar cəmi 3 faiz təşkil edirdisə, ayrılıqdan sonra bu göstəricilər 8-10 faiz artıb. (faktxeber)
 
 
 
 
 
captcha