IQNA

Torontoda 11 yaşlı hicablı xanıma hücum etdilər

11:11 - January 14, 2018
Xəbər sayı: 3482640
Cümə günü Kanadanın Torento şəhərində bir kişi qayçı ilə 11 yaşlı məktəbli müsəlman xanıma hücum edərək onun hicabını qayçı ilə doğramaq istəyib. Kanada polisi bu kişi barədə istintaq işləri başladıb.

Torontoda 11 yaşlı hicablı xanıma hücum etdilərIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cümə günü, 12 Yanvar 2018-ci il, Kanadanın Torento şəhərində naməlum bir kişi qayçı ilə 11 yaşlı məktəbli müsəlman xanıma hücum edərək onun hicabını qayçı ilə doğramaq istəyib. Kanada polisi bu kişi barədə istintaq işləri başladıb.

Bu məlumata görə, Xulə Nöman adlı 11 yaşlı məktəbli müsəlman xanım qardaşı ilə məktəbə tərəf gedərkən yolda iki dəfə naməlum kişi tərəfindən irqçilik və islamofob zəminində hücuma məruz qalıb. Naməlum kişi bu xanıma hücum edərək onun baş örtüyünü qayçı ilə doğrayıb. Hadisədən qorxan qızcığaz qardaşı ilə insanların idihamlı olduğu yerə getməklərinə baxmayaraq aradan on dəqiqə keçmiş cinayətkar kişi yenə də peyda olaraq onlara hücum edib.

Xulə Nöman deyir: Mən qorxmuşdum və heyrət içində idim. Birinci dəfə çığırdım və qaçdım. Cəmiyyətin sıx olduğu yerdə izdihama qarışdıq ki, özümüzü qoruya bilək. Amma həmin kişi yenə də gəldi və mənim hicabımı qayçı ilə kəsməyə başladı.  

Torentonun təhsil və maarif idarəsi bu hadisədən narahat olduqlarını deyib. Həmçinin Antaryo əyalətinin baş naziri Katlin Vin bu hadisənin irqçi nifrətdən doğduğunu və qorxaqlara xass bir addım olduğunu vurğulayıb.

Kanada polisi bu barədə hələ ki, heç kimi həbs etməyib.

Qeyd edək ki, keçən ilin Yanvar ayının 29-da Kanadanın Kebek şəhərində məscidə hücum zamanı 6 nəfər həyatını itirmişdi. Buna görə də Kanada müsəlmanları həmin günün İslamofobiya ilə mübarizə günü kimi qeyd edilməsini dövlətdən tələb ediblər.

http://iqna.ir/fa/news/3681345

Teqlər: iqna ، kanada ، toronto ، kebek ، islamofobiya
captcha