IQNA

Malta respublikası İslami irs və memarlıq toplantısına evsahibliyi edəcək

21:59 - January 17, 2018
Xəbər sayı: 3482661
Avropanın cənubunda yerləşən Malta respublikası cari ilin Aprel ayının 17-dən 19-dək keçiriləcək ikinci beynəlxalq İslami irs və memarlıq toplantısına evsahibliyi edəcək.

Malta respublikası İslami irs və memarlıq toplantısına evsahibliyi edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropanın cənubunda yerləşən Malta respublikası cari ilin Aprel ayının 17-dən 19-dək keçiriləcək ikinci beynəlxalq İslami irs və memarlıq toplantısına evsahibliyi edəcək.

Bu toplantı İslami mədəni irsin, İslami memarlığın və İslami incəsənətin dünya üçün əhəmiyyətini və İslami irsin müxtəlif sahələrdə dərin təsirlərə malik olduğunu diqqət mərkəzinə çıxarmaq hədəfi ilə keçirilir.

İslami ölkələrdə müxtəlif binaların tikilməsi və dekorasiya metodları, o cümlədən məscidlər, namazxanalar, qalalar, müdafiə divarları, qüllələr, evlər, bağlar, körpülər, sədlər, suvarma sistemləri və s... bu toplantıda müzakirə ediləcəkdir.

Qədim və ənənəvi memarlıq və şəhərsalmaq metodları hazırda İslami ölkələrdə müasir şəhərsalma və memarlıq metodlarının dəb olduğu üçün məhv olmaq üzərədir. Bunun da nəticəsində bir çox İslami şəhərlər öz milli və dini kimliyini itirməkdədirlər.

Buna görə də bu toplantıda İslami merarlıq və şəhərsalma metodları əsasında yeni inkişaf etdirilmiş və beynəlxalq standartlara uyğun memarlıq məsələləri müzakirə ediləcəkdir.

İslami irs və memarlıq toplantısının birinci iclası keçən il İspaniyanın Valensiya şəhərində keçirilmişdi.    

http://iqna.ir/fa/news/3682121

 

 

 

captcha