IQNA

Rusiya jurnalı İslami məqalə yazılması üçün elan verdi

7:51 - March 17, 2018
Xəbər sayı: 3482914
Rusiyada nəşr edilən “İslamşünaslıq jurnalı” elan yayaraq qələm əhlini “Böyük şəhərlərdə İslam” mövzusunda məqalə yazmağa dəvət edib. Məqalələr iki dildə: rus və ingilis dillərində yazıla bilər.

Rusiya jurnalı İslami məqalə yazılması üçün elan verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyada çap və nəşr edilən “İslamşünaslıq jurnalı” elan yayaraq qələm əhlini “Böyük şəhərlərdə İslam” mövzusunda məqalə yazmağa dəvət edib. Məqalələr iki dildə: rus və ingilis dillərində yazıla bilər.

“İslamology.in” informasiya portalı bu barədə yazdı: Qloballaşma, urbanizasiya (şəhərləşdirilmə), qərb ölkələrinə mühacirət, texnologiya və informasiyanın inkişafı, internet şəbəkələrindən geniş istifadə, sosial şəbəkələrin sürətlə yayılması, marketinq texnologiyalarının təkamülü, istedadlı insanların üzə çıxması və ictimai təbəqələr və sosial iyeraxiya İslam dini və müsəlmanların da üzərində təsirsiz ötüşməmişdir. Bunu nəzərə alaraq məqalə elanı verən juranlda əsas mövzular müsəlmanların və İslam dünyasının bu məsələlərə reaksiyası məqalələrin əsas mövzusu olacaqdır.

Bundan əlavə məqalələrdə müsəlmanların müasir dünya ilə uyğunlaşması, müsəlmanların qeyri-müsəlman cəmiyyətlərə inteqrasiya edilməsi, İslami sünnənin və ənənələrin yeni mühitdə və müasir mədəniyyətdə birləşməsi yolları, müsəlman cəmiyyətlərində liberalism, marksizim, milliyyətçilik və sosializmin təsirləri kimi mövzular da araşdırılacaqdır.

Bu dəvətə qatılmaq istəyənlər cari ilin Mart ayının 30-dək məqalələrini göndərə bilərlər. Daha ətraflı məlumat üçün qarşıdakı LİNK-ə keçid edin.  

http://iqna.ir/fa/news/3699979

 

captcha