IQNA

Almaniya silahlı qüvvələrində camaat imamı olacaq

8:37 - March 19, 2018
Xəbər sayı: 3482925
Almaniya federal parlamentinin silahlı qüvvələr komissarı elan edib ki, Almaniya silahlı qoşunlarında müsəlman əsgər və zabitlər üçün camaat imamı təyin ediləcəyi ehtimal olunur.

Almaniya silahlı qüvvələrində camaat imamı olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya federal parlamentinin silahlı qüvvələr komissarı elan edib ki, Almaniya silahlı qoşunlarında müsəlman əsgər və zabitlər üçün camaat imamı təyin ediləcəyi ehtimal olunur.

Bu məsələ Almaniya hərbi qoşunlarında xidmətdə olan müsəlman əsgər və zabitlərin dini işlərinin idarəsi üçün bir təklif olaraq irəli sürülüb. Bu barədə qanun qəbul edildikdən sonra isə camaat imamı və ruhani kimi fəaliyyət göstərmək istəyənlər könüllü şəkildə silahlı qüvvələrdə işə götürülə bilərlər.

Almaniya federal parlamentinin silahlı qüvvələr komissarı Hans Piter Bartlız bu barədə mətbuata müsahibə verərək vurğulayıb ki, Almaniya silahlı qüvvələrində 1500 nəfərdən çox müsəlman əsgər hərbi xidmətdədir. Bu əsgərlərin müxtəlif məzhəblərdən olması və ölkənin müxtəlif yerlərində pərakəndə halında olmaları onlar üçün camaat imamı və ruhani təyin etmək məsələsini çətinləşdirib.

Buna görə də Almaniya Müdafiə Nazirliyi bu məsələnin gündəmə gəlməsindən altı ildən çox keçməsinə baxmayaraq hələ də bu barədə qəti bir qərara gələ bilməyib.

Qeyd edək ki, cari ilin Fevral ayının sonlarında Almaniyanın Mərkəzi İslami Şurası silahlı qoşunlarda camaat imamlarının xidmətə götürülməsi barədə təşəbbüs irəli sürmüş və məsələ qaldırmışdı.

Almaniya yerli mətbuatının yaydığı xəbərə görə, bu ölkənin silahlı qüvvələrində xristian dininin müxtəlif məzhəblərinin keşişləri xidmət edirlər və bəzən qeyri-xristianlar da dini məsələlər də həmin keşişlərə müraciət etməyə məcbur olurlar.    

http://iqna.ir/fa/news/3700882

captcha