İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əmun” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İordaniyada qadınlar arasında 13-cü beynəlxalq Quran hifzi yarışları keçirilir.
İordaniyanın İslami İşlər və Vəqf naziri Əbdünnasir Əbul-Bəsər, İordaniyanın baş müftisi Məhəmməd Xəlalilə və digər tanınmış siyasi və ictimai şəxslərin iştirakı ilə Mart ayının 19-da açılış mərasimi keçirilən bu yarışlarda dünyanın 29 ölkəsindən 30 nəfər Quran hafizi olan xanım iştirak edir. Yarışlar Mart ayının 24-dək davam edəcəkdir.
Yarışlarda İran İslam Respublikasını “qəlbinur” (göz əlili) Quran hafizi xanım Məryəm Şəfii təmsil edəcəkdir.
Qeyd edək ki, xanımlar arasında keçirilən bu yarış İordaniyanın kişilər arasında 26-cı beynəlxalq Quran yarışları ilə birlikdə keçirilir.
http://iqna.ir/fa/news/3701507