IQNA

İslamabadın Feysəl məscidində 100 əlyazma Quran nüsxəsi nümayiş ediləcək

8:43 - March 24, 2018
Xəbər sayı: 3482946
Pakistanın paytaxtı İslamabadda yerləşən Feysəl Məscidində əlyazma Quran nüsxələrinin səgisi keçiriləcək.

İslamabadın Feysəl məscidində 100 əlyazma Quran nüsxəsi nümayiş ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın paytaxtı İslamabadda yerləşən Feysəl Məscidində əlyazma Quran nüsxələrinin səgisi keçiriləcək.

Bu sərgidə Qurani-Kərimin 100 ədəd qədim və nadir əlyazma nüsxəsi nümayiş ediləcək. Sərgidə müsəlmanlara aid digər qiymətli və nəfis əsərlər və hüsnxətt nümunələri də də sərgilənəcəkdir.

İki yüz ildən 7 yüz ilədək tarixləri olan bu qədim əlyazma Quran nüsxələri müxtəlif şəxslər və təşkilatlar tərəfindən Feysəl Məscidində hədiyyə edilmişdir və bu nüsxələr məsciddə xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur.

Pakistanın paytaxtı İslamabadda 1976-cı ildən 1986-cı ilədək tikilən bu məscidi Səudiyyə Ərəbistanı Məlik Feysəlin şərəfinə tikmişdir. 5 min kv.metr ərazidə tikilən və 300 min nəfər namazqılan tutumu olan bu məscid dünyanın ən böyük məscidlərindən biri hesab edilir. Məscidin minarələrin hər biri 80 metrdir və Asiyanın cənubunda ən hündür minarələr sayılırlar.  

http://iqna.ir/fa/news/3701783

Teqlər: iqna ، məscid ، feysəl ، sərgi ، əlyazma ، nüsxə
captcha