IQNA

Türkiyə Suriyanın tarixi məscidini təmir edəcəkdir

23:58 - June 19, 2018
Xəbər sayı: 3483345
Bu şəhər dörd il işğalda qaldıqdan sonra, hazırda tamamilə terroristlərdən təmizlənmişdir. Şəhərin əhalisi döyüşlər zamanı 130 min nəfər idi, indi isə 300 minə çatır.

Türkiyə Suriyanın tarixi məscidini təmir edəcəkdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Suriya dövləti və xalqının heç bir razılığı olmadan silahlı qüvvələrini bu ölkənin ərazisinə yeridən Türkiyə cümhuriyyəti Suriyanın İŞİD terrorçuları tərəfindən dağıdılan əl-Bab şəhərinin tarixi bazar və məscidini yenidən bərpa etmək fikrinə düşüb.

Suriyanın şimalında yerləşən Hələb şəhərinin əl-Bab şəhərinin tarixi və qədimi Came məscidi və tarixi bazarı İŞİD terroristləri ilə savaş zamanı dağıdılmışdı. Bu şəhər dörd il işğalda qaldıqdan sonra, hazırda tamamilə terroristlərdən təmizlənmişdir. Şəhərin əhalisi döyüşlər zamanı 130 min nəfər idi, indi isə 300 minə çatır.

Hazırda bu şəhərin 60 məsciddən 40 məscidi Türkiyənin dini işlər fondunun dəstəyi il təmir edilir. Təmir edilən məscidlərdən biri də hicri-qəmərinin birinci əsrində tikilən bu qədim məsciddir ki, gələn bir il ərzində təmirinin başa çatacağı gözlənilir. Məscidi təmir edən ustalar çalışırlar ki, binanın qədimiliyini qoruyub saxlasınlar.

http://iqna.ir/fa/news/3723711

Teqlər: iqna ، suriya ، hələb ، əl-bab
captcha