IQNA

Tatarıstan müsəlmanları 12 ton tullantı kağız topladı

9:25 - June 25, 2018
Xəbər sayı: 3483372
Rusiyanın Tatarıstan cümhiryyətinin müsəlmanların işi üzrə dini idarəsi dördüncü dəfə olaraq müsəlmanların həmkarlığı ilə 12 ton tullantı kağız toplayıb.

Tatarıstan müsəlmanları 12 ton tullantı kağız topladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Tatarıstan cümhiryyətinin müsəlmanların işi üzrə dini idarəsi dördüncü dəfə olaraq müsəlmanların həmkarlığı ilə 12 ton tullantı kağız toplayıb.

Tullantı kağızları toplamaq kampaniyası "kağızlara həyat vermək" devizi ilə keçirilib və bu kağızların satışından əldə edilən pul ilə xeyriyyə işləri görüləcək.

Kağızların şəhərinin küçələrindən toplanması kampaniyasında 11.8 ton tullantı kağız toplanılıb. Bu kağızların yenidən istehsal üçün aidiyyatı üzrə zavod və emalatxanala satılacaq və bundan əldə olunan pul ilə "Zəkat Xeyriyyə Müəssisəsi"nin himayəsində olan xəstələrin müalicəsi üçün dərman alınacaqdır.

Tullantı kağızların toplanması kampaniyası cari ilin İyun ayının 1-dən 20-dək keçirilib və bu işdə Tatarıstan müsəlmanları və bəzi ətraf rayonların əhalisi həmkarlıq ediblər.

http://iqna.ir/fa/news/3725059   

captcha