İsrail ordusu iddia edib ki, 11 yaşlı uşaqda bıçaq olub və o, İsrail əsgərlərinə hücum edib. Əhməd Əvavda İsrailin qanunsuz salınmış Kiryət-Ərba yaşayış məskəni yaxınlığındakı təcridxanaya aparılıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı İsrail qüvvələri dünən axşam saatlarında İbrahimi məscidinin yaxınlığında 11 yaşlı fələstinli uşağı həbs ediblər.
Maide.Az Felestin.info-a istinadla xəbər verir ki, işğalçı orduya məxsus patrul maşını qəfildən dayanıb, maşından düşmüş əsgərlər heç bir açıqlama vermədən Əhməd əl-Əvavdanı zorla maşına mindiriblər.
Sonradan İsrail ordusu iddia edib ki, 11 yaşlı uşaqda bıçaq olub və o, İsrail əsgərlərinə hücum edib. Əhməd Əvavda İsrailin qanunsuz salınmış Kiryət-Ərba yaşayış məskəni yaxınlığındakı təcridxanaya aparılıb.