IQNA

Kəşmirdə Məhərrəm əzadarlığının keçirilməsinin qarşısı alınıb- FOTOLAR

18:28 - September 20, 2018
Xəbər sayı: 3483904
Hindistanın Cammu və  Kaşmir əyalətində polislərlə Məhərrəm əzadarlığı keçirənlər arasında qarşıdurma olub. Belə ki, hüquqmühafizəçilər əzadarlara hücum edərək onları dağıtmağa çalışıb.

Kəşmirdə Məhərrəm əzadarlığının keçirilməsinin qarşısı alınıb- FOTOLARİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Cammu və  Kaşmir əyalətində polislərlə Məhərrəm əzadarlığı keçirənlər arasında qarşıdurma olub. Belə ki, hüquqmühafizəçilər əzadarlara hücum edərək onları dağıtmağa çalışıb.

Maide.Az "FaktXeber.com"-a istinadla xəbər verir ki, bununla bağlı yayılan kadrlardan görünür ki, hüquqmühafizəçilər qadın, qız demədən qarşısına çıxanları sopalarla döyür. Yerli KİV-də yayılan məlumata görə, bundan başqa onlarla gənc həbs edib. 
 
Bildirilir ki, Srinqara əyalətində Şəhid Günc, Batalalu, Şerqari, Kotibaq, Ram Manşi Baq, Maysuma və Kral-Xuda məntəqələri hüquqmühafizəçilər tərəfindən nəzarətə götürülüb.
 
 
 
 
 
 
 
captcha