IQNA

Londonda 4 dildə əzadarlıq mərasimi keçirildi – Foto

7:14 - September 21, 2018
Xəbər sayı: 3483909
İngiltərənin paytaxtı London şəhərində dörd dildə keçirilən əzadarlıq mərasimində Bəhreynli şiələrin mənəvi rəhbəri Ayətullah Şeyx İsa Qasim də iştirak edib.

Londonda 4 dildə əzadarlıq mərasimi keçirildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərində dörd dildə keçirilən əzadarlıq mərasimində Bəhreynli şiələrin mənəvi rəhbəri Ayətullah Şeyx İsa Qasim də iştirak edib.

İngiltərənin İslam Mərkəzinin Kərbəla inqilabının hədəflərinin yayılması və xalis İslami təfəkkürün diri qalması məqsədi ilə keçirilən matəm mərasimində dörd dildə (İngilis, Fars, Urdu və Ərəb) məsriyə və növhələr oxunub və çıxışlar edilib.

İslam Mərkəzinin matəm mərasimləri on gün müddətində hər gecə, Sentyabr ayının 11-dən 20-dək, keçirilib. Bu məclislərdə London və ətraf şəhərlərdən gələn Əhli-Beyt (ə) aşiqləri iştirak ediblər.

Bu mərasimdə Bəhreyn şiələrinin rəhbəri Ayətullah İsa Qasim, Ayətullah Üzma Sistaninin nümayəndəsi Seyid Mürtəza Kəşmiri, Londonun Əhli-Beyt (ə) müəssisəsinin məsulları Höccətul-İslam vəl-müslimin Müdərrisi və Seyid Məhəmməd Musəvi, İİR-nın Londondakı səfiri Həmid Bəidinəjad, Qum elmi hövzəsinin ustadı Höccətul-İslam vəl-müslimin Şeyx Əhməd Vaizi, İngiltərə İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Əli Şimali, iraqlı xətib və ruhani Höccətul-İslam vəl-müslimin Şeyx Müncid Kəəbi, Hindistanlı din təbliğatçısı Höccətul-İslam vəl-müslimin Seyid Nəqi Əsgəri və Londonda yaşayan digər nüfuzli şəxslər itşirak və çıxış ediblər.  

http://iqna.ir/fa/news/3748493

 
captcha