IQNA

Dubayın qadınlar arasında beynəlxalq Quran yarışları sona çatdı

19:21 - November 17, 2018
Xəbər sayı: 3484191
63 ölkənin iştirakı ilə başlayan Dubay şəhərinin "xanımlar arasında beynəlxalq Quran hifzi yarışları"nın 3-cü turu dünən, həftənin Cümə günü, 16 Noyabr 2018-ci il tarixində öz işini yekunlaşdırıb.

Dubayın qadınlar arasında beynəlxalq Quran yarışları sona çatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  4 Noyabr 2018-ci il tarixində 63 ölkənin iştirakı ilə başlayan BƏƏ-nin Dubay şəhərinin "xanımlar arasında beynəlxalq Quran hifzi yarışları"nın 3-cü turu dünən, həftənin Cümə günü, 16 Noyabr 2018-ci il tarixində öz işini yekunlaşdırıb.  

Cümə günü keçirilən mərasimdə Dubayın "Şeyxə Fatimə bint Mübarək" adına keçirilən qadınlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının 3-cü turunun qalibləri mükafatlandırılıblar.

Yarışların ilk yerlərini qazanan on nəfərin adları elan edilib. Bəhreyndən olan yarışçı Sara Məhəmməd Adbudllah Həsən Hüseyni birinci yeri qazanıb. Seneqaldan Meymunə Lu, Əlcəzayirdən Xövlə Əzuz ikinci və üçüncü yeri tutublar.

Dördüncü yeri isə Amerikadan Fərihə Ədən Şeyx və İran İslam Respublikasından Zəhra Xəlili Səmrin qazanıblar.

Nurməhəmməd Sultan Həmudi (BƏƏ) altıncı, Müsəmədə Tələbə (Mavritaniya) yeddinci, Nura Əhməd Bəsyuni (Misr) və Xənsa Hüseyn Əhməd (Kenya) müştərək olaraq səkkizinci və Zeynəb Riyahi Musa (Nigeriya) doqquzuncu yerləri tutublar.

http://iqna.ir/fa/news/3764512  

captcha