İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin məşur Quran qarisi Şeyx Məhmud Əbul-Vəfa Səidi bu gün, həftənin birinci günü, 19 Noyabr 2018-ci il, 64 yaşında ikən, Ümrə Həcci səfərindən qayıtdıqdan sonra dünyasını dəyişdi.
Mərhumun cənazəsi sabah, 20 Noyabr 2018-ci il, Zöhr və Əsr namazlarından sonra Qahirənin "Seyyidə Zeynəb (s)" məscidindən başlayaraq təşyi ediləcək və əzadarlıq məclisi mərhumun Qahirənin "əl-İmadi" rayonundakı evində keçiriləcəkdir.
Mərhum Şeyx Məhmud Əbul-Vəfa Səidi 1954-cü ildə Usvan əyalətinin "Kəlhul-Cəbəl" şəhərində anadan olmuşdur. Onun atası öz dövrünün böyük din alimlərindən olub.
O, Qurani-Kərimi 4 yaşında olandan anasından öyrənib, Quran məktəbxanasını bitirdikdən sonra isə Qahirənin "əl-Əzhər" İslam Elmləri Mərkəzində Quran elmləri və qiraət fənlərini ixtisasını oxumuşdur.
Şeyx Məhmud Əbul-Vəfa Səidi Misrin və İslam dünyasının məşhur qarilərindən idi və gözəl, güclü və ürəyəyatımlı səsi ilə məşhurlaşmışdı.