IQNA

Mərakeşin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldı

10:04 - November 21, 2018
Xəbər sayı: 3484211
Mərakeşin "6-cı Məhəmməd" adına keçirilən beynəlxalq Qurani-Kərim yarışlarının 14-cü turunun qalibləri Ribat şəhərinin Həssan məscidində keçirilən yekun mərasimində mükafatlandırılıb.

Mərakeşin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşin "6-cı Məhəmməd" adına keçirilən beynəlxalq Qurani-Kərim yarışlarının 14-cü turunun qalibləri Ribat şəhərinin Həssan məscidində keçirilən yekun mərasimində mükafatlandırılıb.

Mərakeşin "6-cı Məlik Məhəmməd Şah" adına keçirilən 14-cü Qurani-Kərim yarışları həftənin birinci günü, 19 Noyabr 2018-ci il, Ribat şəhərinin Həssan məscidində keçirilib. Mərasimdə Mərakeşin padşahı da iştirak edib.

Mərakeş padşahının iştirakı ilə keçirilən yekun mərasimində Qurani-Kərimin qiraəti, hifzi, təfsiri, müxtəlif İslami araşdırmalar, Ərəbcə hüsnxətt, İslami incəsənət, İslami dekorasiya və bəzəkçilik üzrə yarışların qaliblərinə hədiyyələr verilib.

Yarışlarda birinci yeri Qurani-Kərimin hifzi üzrə Əlcəzayirdən olan xanım yarışçı Suniyə Bəlatil qazanıb və Mərakeş padşahı tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Mərakeşin "6-cı Məlik Məhəmməd Şah" adına keçirilən 14-cü Qurani-Kərim yarışları Noyabr ayının 7 və 8-də Kazablanka şəhərinin "Həsən Sani" məscidində Asiya, Afrika və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilmişdi.       

http://iqna.ir/fa/news/3765585

 

 

captcha