İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, əziz Peyğəmbərimizin mövludu münasibətilə yüzlərlə fələstinli Qüds küçələrində orkestrin müşayiətilə Əl-Əqsa məscidinə yürüş edib.
Fələstinlilər günorta namazından sonra Şərqi Qüdsün ən işlək prospektlərindən Zəhra küçəsində təkbir və qəsidələr söyləyərək, təntənəli yürüş keçiriblər.
Zəhra, Səlahəddin və Sultan Süleyman Qanuni prospektləri boyunca əllərində daşıdıqları bayraqlarla təşkil etdikləri yürüşdən sonra, Qədim Şəhərin Şam qapısından şəhərə girən orkestr qrupu, Kattanin (pambıqçılar) qapısından keçərək. Əl-Əqsa məscidinin həyətinə çatıblar.
Əl-Əqsa məscidinin həyətində bir müddət gəzdikdən sonra Qubbətus-Səhranın qarşısında başa çatan yürüş, təxminən üç saat çəkib.
Küçələrdə orkestr qrupunun yürüşünü izləyən fələstinlilər, yürüşə alqışlarla dəstək verib və birlikdə xatirə şəkli çəkdirib. Yürüş əsnasında toplaşan xalqa şirniyyatlar paylanıb.