IQNA

Əbdülməlik əl-Husi: Bu çətin günlərimizdə Həzrət Məhəmməd (s) dayağımızdır - FOTO

13:26 - November 21, 2018
Xəbər sayı: 3484217
Yəmənin "Ənsarullah" hərəkatının baş katibi Seyid Əbdülməlik əl-Husi Həzrət Məhəmmədin (s) doğum günü münasibətilə təbrik mesajı yayıb. 

Əbdülməlik əl-Husi: Bu çətin günlərimizdə Həzrət Məhəmməd (s) dayağımızdır - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, Yəmənin "Ənsarullah" hərəkatının baş katibi Seyid Əbdülməlik əl-Husi Həzrət Məhəmmədin (s) doğum günü münasibətilə təbrik mesajı yayıb. 

Seyid Əbdülməlik əl-Husi vurğulayıb ki, həzrət Məhəmmədin (s) yolu xilas yoludur. "Peyğəmbərlər heç vaxt şəxsi maraqlarını güdməyiblər. Onlar insanlığa rifah gətiriblər. Bu çətin günlərimizdə Həzrət Məhəmməd (s) dayağımızdır və düşmənə qalib gələcəyik", - deyə Seyid Əbdülməlik əl-Husi diqqətə çatdırıb. 

O qeyd edib ki, Yəmən xalqı dini dəyərlərinə bağlı xalqdır və bu bağlılıq yəmənliləri daha da güclü edir.

Qeyd edək ki, bu gün Yəmənin paytaxtı Səna şəhərində milyonlarla insan İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) doğum gününü qeyd etmək üçün mərkəzi meydana toplaşıb.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası və bombardmanına baxmayaraq, yəmənlilər bayram şənlikləri üçün küçə və prospektləri bəzəyib. 

Xatırladaq ki, 2015-ci ilin mart ayından bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçkün vəziyyətinə düşüb.

Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. /eastnews.org/

captcha