IQNA

"Məkkə" qəzeti sosial şəbəkə istifadəçilərini qəzəbləndirib

11:10 - January 17, 2019
Xəbər sayı: 3484538
Səudiyyə Ərəbistanın "Məkkə" qəzeti Qurani-Kərimin ayəsini təhirf və hörmətsizlik edən karikatoru çap və nəşr etməklə sosial şəbəkə istifadəçilərini qəzəbləndirib və onların etirazlarına səbəb olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Səudiyyə Ərəbistanın "Məkkə" qəzeti Qurani-Kərimə hörmətsizlik edən karikatoru çap və nəşr etməklə sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

Səudiyyə Ərəbistanın "Məkkə" qəzeti üç gün öncəki nəşrində Qurani-Kərimin Qəsəs surəsnin 179 ayəsini ki, "qisas" höküm barəsindədir - وَلَكُمْ فِي الْقِصَاص حَيَاةٌ – (ey ağıl sahibləri, sizin üçün qisasda həyat vardır), yazaraq "həyat" sözünün yerinə Ərəbistanın 500 riyallıq pulunun şəilini yerləşdirmişdi.

Qəzetin bu addımı sosial şəbəkələrdə fəaliyyət göstərən müsəlman aktivistlərin etitazına səbəb olmuşdur. Bu karikator hələ də həmin qəzetin elektron nüsxəsində və "tyuter"dəki hesabdında qalır. Qəzetin direktoru sosial şəbəkəçilərin etirazların və jurnalistlərin bu barədə suallarına əhəmiyyət verməyib.

Sosial şəbəkə aktivistlərindən biri bu barədə yazıb: Səudiyyə rejimi nə üçün və neçə Məkkə jurnalına icazə verir ki, Quranı təhrif və istehza etsin?! Əgər vəliəhd Allahdan qorxmursa, nə üçün camaat bu işə əncam çəkmirlər?!  

Digər sosial istifadəçi yazıb: Məkkə adını daşıyan bir qəzetə belə bir addım atmaq və Allah kitabına qarşı hörmətsizlik etməz yaraşmaz. Biz həmin karikatoristin kimliyinin öyrənilməsini və onun və qəzetin məhkəməyə verilməsini tələb edirik.     

http://iqna.ir/fa/news/3781943

Teqlər: iqna ، qəzet ، məkkə ، ərəbistan
captcha