IQNA

Zelandiyada müsəlmanları qətliam edən terroristin ailəsi danışdı

23:47 - March 18, 2019
Xəbər sayı: 3484865
Yeni Zelandiyada məscidə girərək müsəlmanları qətliam etmiş terroristin ailəsi bu gün sukutu pozaraq terror qurbanlarının ailələrindən üzr istəyiblər.

Zelandiyalı terroristin ailəsi danışdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyada məscidə girərək müsəlmanları qətliam etmiş terroristin ailəsi bu gün sukutu pozaraq terror qurbanlarının ailələrindən üzr istəyiblər.

28 yaşlı Avstraliyalı terrorist  Brenton Tarrantın qoca nənəsi Mari Fitz Cerald mətbuata müsahibə verərək bu barədə deyib: Nəvəm xaricə (Zelandiya) gedəndən sonra şəxsiyyəti çox dəyişib və bizim öncədən tanıdığımız cavan deyil.

O əlavə edib: Biz hamımız xəbəri eşidəndə şoka düşdük. Bilmədik necə və nəyi fikirləşək. Mediada deyirlər ki, bu hadisə öncədən planlaşdırılmış uzunmüddətli proqram əsasında törədilib... Onun sağlam ağıla sahib olmaması aşkar bir məsələdir və mən bunun öncədən hazırlanmış bir proqram olmasına inanmıram.  

Mari Fitz vurğulayıb: Brenton Tarrantın Yeni Zelandiyada törətdiyi bu hadisə qəbulolunası və əvəzi ödəniləsi deyil. Biz terror qurbanlarının ailəsinə görə təəssüf edirik. Biz bundan başqa heç nə barədə fikirləşə bilmərik. Bizim evin küncünə sıxılıb oturmaqdan başqa əlacımız yoxdur.   

http://iqna.ir/fa/news/3798921  

Teqlər: iqna ، zelandiya ، terror ، avstraliya
captcha