IQNA

Bəsyuninin İran İslam Respublikasında tilavəti – VİDEO

23:12 - August 02, 2020
Xəbər sayı: 3487796
Tehran (IQNA) -  Misrin dünya şöhrətli Quran qarisi Bəsyuninin 1369-cu hicri-şəmsi ilində İranda icra etdiyi tilavətin videosu sosial şəbəkələrdə yayılıb.

Məhəmməd Əhməd Bəsyuni 1951-ci ilin Noyabr ayında Misrin əl-Ğərbiyyə vilayətinin Tənta şəhərinin Siberbay qəsəbəsində Quran müəllimi ailəsində anadan olub.

O, Misrin əl-Əzhər İslam Mərkəzində təhsil alıb. 1976-cı ildə bu mərkəzdə təhsilini başa vurduqdan sonra ölkənin Quran televiziya kananllarında və radiosunda tilavə etməyə başlayıb. Hazırda isə əl-Əhmədi məscidinin qarisidir.

Məhəmməd Əhməd Bəsyuni 1369-cu hicri-şəmsi ilində digər tanınmış qari Şəhat Ənvər ilə birlikdə İran İslam Respublikasına səfər edib.

Həmin səfərdə İranda Qurani-Kərimin İsra surəsinin 105-ci ayəsini tilavət edib.  

«وَبِالْحَقِّ أَنْزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا»

kod

/3914234

captcha