Bu barədə Kərbəla vilayətinin qubernatoru Nüseyf əl-Xəttabi məlumat verib.
Məlumatda deyilir ki, təqlid mərcələri və İraqın Mərkəzi Böhran Qərargahının tövsiyələrinə əsasən, Məhərrəmul-Həram ayının 13-dək Kərbəla şəhərindəki müqəddəs ziyarətgahların qapısı bağlanır və hər növ toplantı qadağan olunur.
Həmçinin bildirilir ki, insanları toplaşmağa dəvət edən hər kəs məsuliyyətə cəlb ediləcək.
Kərbəla vilayətinin qubernatoru Nüseyf əl-Xəttabi vurğulayıb: Biz məzhəbi ayinlərin icrasına etiqad bəsləyirik. Amma hazırda müstəsna bir şəraitdəyik. Virusa yoxumamaq üçün sosial fasilə mütləq qorunmalıdır. Bu barədə təqlid mərcələrini və Mərkəzi Böhran Qərargahının tövsiyələrinə əməl etməliyik. /3914124