IQNA

Hacı Namiq Hüseynov Məşhəd ziyarətinin təsirləri haqda danışdı

9:33 - June 23, 2021
Xəbər sayı: 3490125
Gürcüstanın tanınmış ruhanilərindən olan, Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov İmam Rzanın (ə) mövludu ərəfəsində o Həzrətin ziyarətinin mənəvi təsirləri haqqında danışıb.

Gürcüstanın tanınmış ruhanilərindən olan, Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov "Şəfəqna" maarifləndirci informasiya portalı üçün İmam Rzanın (ə) mövludu ərəfəsində o Həzrətin ziyarətinin mənəvi təsirləri haqqında danışıb.

"Şəfəqna" maarifləndirci informasiya portalının Hacı Namiq Hüsyenovdan aldığı müsahibənin mətnini təqdim edirik:

“Salam Olsun İmam Rzaya (ə)

İlk növbə İmam Rzanın mübarək mövludu münasibətilə bütün müsəlmanları təbrik edirəm, o həzrətin zəvvarı olanlara ziyarətlərinin qəbul olmasını, zəvvarı olmaq istəyənlərə isə İmamın ziyarətini onlara nəsib olmasını Allahdan istəyirəm.

Əhlibeyt ziyarətgahlarının çox mənəvi təsirləri vardır. Bir çox insanlar İmamların, Əhlibeytin hərəmlərinə, xüsusilə İmam Rzanın (ə) və Xanım Məsumənin (s.ə) hərəminə varid olarkən sanki bu dünyadan olmayan bir yerə, sanki cənnətə daxil olduğunu hiss edir, o təəssüratı yaşayırlar.

Hədislərdə də gəlib ki, İmamların ziyarətgahları yer kürəsindən deyil, cənnətin bir guşəsindəndir.

Digər hədislərdə Əhlibeyt İmamlarını ziyarət edənlərə cənnətin vacib olması ilə bağlı mətləblər vardır. Bu da sanki insanların  imamları ziyarət edəndə, yəni həmin insanların həyatda ikən özlərini cənnətə varid olduğunu hiss etməsinə səbəb olur.

İmamların, Əhlibeytin ziyarətini Allah nəsib etmiş zəvvarlar,  ziyarətgaha daxil olub, çıxdıqdan sonra özlərini günahlardan paklanmış ruhiyyədə hiss edirlər.

Bəzi insanlar da, özlərini ziyarətdən əvvəlki  və sonrakı hissəyə bölərək, həyat tərzini mənəvi yüksəliş yönündə dəyişirlər. Yəni İmam Rzanın (ə) zəvvarı olduqdan sonra, bəzi insanlar əvvəlki günahlardan tövbə edərək, bir daha o günahlara tərəf gəlmirlər. Bu cür insanlardan bir neçəsini tanıyıram.

Elə insanlar da var, ömründə bir dəfə imamları, xüsusilə İmam Rzanı (ə) ziyarət edib. O cür şəxslər, adətən ömrünün ən bərəkətli, ən önəmli hadisəsini məhz bu ziyarət günlərini hesab edirlər.

Allah Təala hamımıza İmam Rzanın (ə), həmçinin digər Əhlibeyt ziyarətgahlarını nəsib etsin!”

captcha