Tokioda keçiriləcək Olimpiya Oyunlarındakı basketbol qarşılaşmalarında hicablı müsəlman xanım hakimlik edəcək.
Misirli Sara Camal peşəcə basketbol hakimidir.
Tokio Olimpiyadasında o, 3×3 formatındakı qarşılaşmalara hakimlik edəcək və o, Olimpiya Oyunlarında bu idman növündə hakimlik edən ilk hicablı xanım olacaq.
32 yaşlı Sara xanımın karyera irəliləyişi Beynəlxalq Basketbol Federasiyasının 2017-ci ildə baş örtükləri ilə bağlı qaydalara dəyişiklik edərək müvafiq qadağanı ləğv etməsindən sonra mümkün olub.