IQNA

Əfqanıstanda 100 dinc sakin qətlə yetirildi

15:02 - July 23, 2021
Xəbər sayı: 3490356
Əfqanıstanın Qəndəhar əyalətinin “Taliban” terrorçuları tərəfindən işğalından sonra oranın Spin-Boldak rayonunda 100-dən çox diinc sakin naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Əfqanıstanın Qəndəhar əyalətinin “Taliban” terrorçuları tərəfindən işğalından sonra oranın Spin-Boldak rayonunda 100-dən çox diinc sakin naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat verib.

Əfqanıstan hökuməti dinc insanların qətlinə görə həmin əraziyə nəzarət edən “Taliban” terrrorçularını ittiham edib.

“Qəddar terrorçular Pəncabdakı boslarının əmri ilə Spin-Boldakın bəzi ərazilərində günahsız əfqanıstanlıların evlərinə hücum edərək onların evlərini qarət ediblər və 100 günahsız insanı qətlə yetiriblər”, – deyə nazirlik rəsmisi Mirvaic Stanekzay bildirib.

“Taliban” terror təşkilatı bu ittihamı təkzib edib.

captcha