IQNA

Qəzzada azyaşlı uşaq səkkiz ayda Quranı bütünlüklə əzbərləyib

14:04 - May 25, 2022
Xəbər sayı: 3492288
Azyaşlı fələstinli uşaq Rəşad Əbu Ras bu il Qəzzanın ən kiçik Quran hafizi olmaq üçün Qurani-Kərimi səkkiz ayda əzbərləyib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Qəzza zolağında yaşayan azyaşlı uşaq Rəşad Əbu Ras Qurani-Kərimin səkkiz ay ərzində əzbərləyə bilib. Bununla da, o, bu il Qəzzada Qurani-Kərimin ən kiçik hafizi olub.

Rəşadın atası deyib: O, Quran öyrənmək üçün "din tabeçiləri" məktəbinə gedib. Hiss etdiyim ən mühüm şeylərdən biri də bu idi ki, Allah mənim övladımın yaxşı olmasını istəyib ki, bu az yaşda Quran hafizlərindən olmasını lütf edib.

O, bildirib ki, həmişə onun üçün belə dua edirdim: "İlahi onu hidayət elə və onun vasitəsi ilə başqalarını da hidayət elə". Hər dəfə üzünə baxanda bu duanı oxuyuram. Səhər oyanıram, görürəm yatıb, əlimi başına qoyub bu duanı oxuyuram, sonra da alnından öpürəm.

4059570

Teqlər: qəzza ، azyaşlı uşaq ، quran ، hifz ، hafiz
captcha