"İQNA", İmam Hüseynin (ə) hərəminin Məlumat bürosuna istinadən xəbər verir ki, İmam Hüseynin (ə) hərəminin Darul-Quranı Kərbəla-Bağdad yolunda yerləşən bu mərkəzdə 47 nəfərin iştirakı ilə “İnteraktiv Müəllim” adlı yeni nəsil Quran müəllimləri yetişdirmək üçün yeni təhsil planına başladı.
Darul-Quran Akademik Təhsil Mərkəzinin rəhbəri Səfa Əl-Silavi bildirib: "Darul-Quranın təhsil şöbəsi yeni tədris ilinə hazırlıq və Quran tədrisində yeni tədris metodlarından istifadə etmək məqsədi ilə bu mərkəzə tabe olan Kərbəla, Bəsrə və Bağdad vilayətlərindəki mərkəzlərin Quran müəllimləri üçün yeni tədris planına başlayıb".
4087981