IQNA

Misirli bəyin Quranla bağlı addımı bəyənilib

20:42 - November 19, 2022
Xəbər sayı: 3493282
Sosial şəbəkə fəalları misirli cütlüyün "Rum" surəsinin ayələrinin oxunması ilə başlayan toy mərasiminin videosunu yayıblar.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, görmə qabiliyyətini itirmiş misirli bəyin bu hərəkəti mərasimdə iştirak edənləri təəccübləndirib. Video yayımlandıqdan sonra bəzi insanlar bu gənc cütlüyü təbrik edib deyiblər: "Ən gözəli odur ki, bəy həyata Qurani-Kərimdən ayələr oxumaqla başlayır".

Adı Abdullah Mustafa olan bəy "Rum" surəsinin 21 və 22-ci ayələrini oxuyub: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır! Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) əlamətlər vardır!".

Yayımlanan video qısa zamanda populyarlaşıb. Sosial şəbəkələrdə virtual fəallar bu videonu gənclər üçün örnək adlandırıblar.

kod

4100353

captcha