IQNA

Quran bilgiləri / 5

Din ümid səbəbi və intihardan çəkindiricidir

19:01 - November 23, 2022
Xəbər sayı: 3493309
Əgər din bir proqram və həyat tərzi kimi qəbul edilərsə, mömin ümid və sevinclə məqsədyönlü bir həyat yaşayar. Belə olan halda intihar etmək üçün heç bir əsas yoxdur.

Amerikalı tədqiqatçılar tərəfindən 2004-cü ilə qədər ilk dəfə edilən araşdırmada intihar və din arasındakı əlaqə araşdırıldı. Çox diqqətlə edilən bu araşdırmada intihara cəhd edən və ya intihar edən çoxlu sayda insan seçilib.

İntihar edən şəxslərin yaxınlarından və dostlarından soruşduqdan, onların dini və sosial reallıqları araşdırıldıqdan sonra məlum olub ki, onların əksəriyyəti dinsizdir (dini olmayan). Onlar həyatın şərrindən, öz bədbəxtliklərindən qurtulmaq üçün intihar edənlərdir.

Americanın "Psixiatriya" jurnalında dərc olunan başqa bir araşdırma intihar fenomenini azaltmaqda dini təlimlərin güclü təsirini sübut etdi. Həmçinin sübut etdi ki, evlilik və uşaq sahibi olmaq, xoşbəxtlik, aramlıq və yaxşı sosial münasibətlər həyatda ümid hissinin yaranmasına və insanların intihar düşüncələrindən uzaqlaşmasına güclü təsir göstərir.

Bu araşdırmanın nəticəsi aşağıdakı faktlardır:

Ateistlər arasında intihar mümkün olan ən yüksək səviyyədədir.

 Subaylar arasında intiharın sayı daha yüksək olub.

 Daha çox uşağı olanlar arasında intiharın sayı daha aşağıdır.

Ateistlər digərlərindən daha aqressivdirlər.

Mömin daha az hirsli və aqressivdir.

Din həyatın yüklərini və stresslərini daşımağa kömək edir və müxtəlif psixi pozğunluqlardan əziyyət çəkmə ehtimalını azaldır.

Ateistlərin sosial əlaqələri yox idi, buna görə də intihar onlar üçün asan idi.

Bu araşdırma bir tövsiyə ilə başa çatdı: dini mədəniyyət intihar fenomeni üçün uyğun bir müalicədir.

Belə nəticəyə gəlmək olar ki, iman, evlilik və uşaq sahibi olmaq psixi pozğunluqlardan əziyyət çəkən insanlardan intiharı uzaqlaşdıran amillərdir; Təbii ki, bu araşdırma qeyri-müsəlmanlar üzərində aparılıb. Çünki müsəlmanlar bu fenomenə daha az məruz qalırlar və İslam dini intiharı qəti şəkildə qadağan edir. Bu araşdırmada deyilir: Din depressiya və ümidsizliyin qarşısını alan mühüm amildir!

Çoxlu kitablar yazıb şöhrət və pul qazandıqdan sonra məşhur amerikalı yazıçı Karneqinin intihar hekayəsini xatırlaya bilərik. Amma o, sadəcə həyatda heç bir məqsədi olmadığı üçün intihar etdi!

Müsəlmanlar sizə bu gözəl dua ilə hərəkət etməyi tövsiyə edirlər: “   Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!” (Ali-İmran, 8).

captcha