IQNA

İran İndoneziyanın ən yaxşı Qari və Hafizini mükafatlandırıb

14:03 - November 27, 2022
Xəbər sayı: 3493323
İranın İndoneziyadakı Mədəniyyət müşavirliyi bu ölkənin Din Nazirliyi ilə əməkdaşlıq edərək, İranın Beynəlxalq Qurani-Kərim yarışmasında yüksək dərəcələri qazanmış hafiz və qarini mükafatlandırıb.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, İndoneziyanın hər yerindən Din Nazirliyinin Qurani-Kərimin İnkişafı Mərkəzinin rəsmilərinin iştirakı ilə Dini İşlər Nazirliyinin Qurani-Kərimin İnkişafı Mərkəzinin milli əlaqələndirmə toplantısının açılış mərasimi “Orchards” otelində keçirilib. Orada İranın İndoneziyadakı mədəniyyət müşaviri Məhəmməd Rza İbrahimi Kiapi və bir qrup Quransevər də iştirak edib.

 Din Nazirliyinin İslami İrşad Baş direktoru və İndoneziya Quran Qiraəti Mərkəzinin rəhbəri Qəmərəddin Əmin deyib: "İrana böyük marağım var və bu maraq məni fars dilində bir neçə kəlmə öyrənməyə vadar edib".

O, bu Quran proqramının iştirakına və təşkilinə görə İranın Mədəniyyət Müşavirliyinin işini yüksək qiymətləndirərək əlavə etdi: "İranın Quran üslubu Qurani-Kərimi oxumaq və əzbərləmək sahələrində fərqli və rəngarəngdir. Biz İranın Quran elmləri sahələrindəki təcrübələrindən istifadə etməkdə maraqlıyıq".

İranın mədəniyyət müşaviri İbrahimi Kiapi çıxışında İran İslam Cümhuriyyətindəki Qurani-Kərim sahəsindəki inkişaflarına toxunaraq deyib: "İran Quran təcrübələrini dost və müsəlman ölkəsi İndoneziya ilə bölüşməkdə maraqlıdır".

O, müxtəlif təbəqələrdə Quran yarışlarının keçirilməsinə işarə edib və əlavə edib: "Quranın əhəmiyyəti və Qurani həyat tərzinin İran cəmiyyətində yayılmasını nəzərə alaraq, hər il rəsmilərin səyləri ilə müxtəlif yarış kursları keçirilir".

Bu mərasimin davamında İranda keçirilən 38-ci beynəlxalq Qurani-Kərim yarışmasında kişilər bölməsində Quranı bütövlükdə əzbərləmək kateqoriyasında ikinci yeri tutmuş Məhəmməd Rifat Əl-Bənna təqdir olunub. Həmçinin İslam Dünyası Tələbələri Müsabiqəsinin 7-ci buraxılışında təhqiq qiraəti üzrə qadınlar bölməsində ikinci yerə layiq görülmüş xanım Nadia Nur Fatimə mükafatlandırılıb.

Mərasim İranın mədəniyyət müşaviri və onun Quran hafizi olan xanımı tərəfindən müsabiqələrin bu turunun qaliblərinə təşəkkürnamələrin təqdim edilməsi ilə başa çatıb.

4102629

captcha