IQNA

Xarici ölkələrdən idxal olunmuş dəri geyim və qayışla namaz qılmaq olarmı?

17:04 - November 28, 2022
Xəbər sayı: 3493332
Bu barədə böyük mərcə, Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Az.shafaqna.com-a istinadla xəbər verir ki, bu barədə böyük mərcə, Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

Sual və cavabı təqdim edirik:

Sual: Xarici ölkələrdən idxal olunmuş dəri geyim və qayışla namaz qılmaq olarmı?

Cavab: Əgər dərinin təbii olmasına əmin deyilsinizsə, təharət hökmündədir (pak sayılır) və axtarış aparmaq lazım deyil. Onun təbii dəri olduğuna əminsinizsə, lakin müsəlman ölkəsindən gəldiyini ya da şəriət qaydası ilə kəsilmiş heyvanın dərisindən hazırlandığını ehtimal etmirsinizsə, belə bir dəri nəcasətə məhkumdur (murdar sayılır). (Belə dəridən olan paltarı) geyinib namaz qılmaq olmaz. Əks halda (əgər ehtimal edirsiniz ki, müsəlman ölkəsindən gətirilib ya da şəriət qaydası ilə kəsilib) pak sayılır və onu geyib namaz qılmaq olar.
captcha