IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 18

İkiüzlülüyə çevrilən xəsislik

12:00 - January 22, 2023
Xəbər sayı: 3493592
İslam cəmiyyətində bir qrup insan var ki, onlar əməlisaleh olmağa, imkanı olanda sədəqə verməyə və saleh olmağa əhd ediblər. Lakin imkanları olan kimi əhdlərindən əl çəkirlər. Xəsislik insanı ikiüzlü edir. Xəsisliyin kökü eqoizmdir. Bu mövzular “Tövbə” surəsinin bir hissəsində bəhs edilir.

 Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin on səkkizincisi keçirilib. O, burada “insan riyakarlığının amilləri” barədə danışıb. Onun mətnini aşağıda oxuya bilərsiniz: 

İslam cəmiyyətində yaşayan qruplar var ki, onlar haqqında Qurani-Kərim buyurur: “(Ey möminlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki) Allahı və Onun Peyğəmbərini razı etmək daha vacibdir!” (Tövbə, 62).

Başqa bir qrup müxaliflər isə insanları razı sala bilməməkdən narahatdırlar, halbuki onların Allah və Rəsulunu (s) razılı salmağa önəm vermələri lazımdır. İnsanları incidən növbəti amil insanları razı sala bilməməkdən narahat olmalarıdır. İnsanların razılığı onun üçün önəmlidir. İmanın həqiqətinin nişanəsi budur ki, onun üçün yalnız Allahın razılığı önəmli olsun. “Bu, çox böyük rüsvayçılıqdır” (Tövbə, 63). bu razı salmaq istədikləri insanlar Allahın düşmənləridir. “ Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.” (Tövbə, 63) Belə bir yanaşma insanı nifaq münafiqliyə çəkir. Kimin bu yanaşması varsa, istəsə də, istəməsə də münafiq olar. Buradan “Tövbə” surəsinin 75-ci ayəsinə qədər münafiqlər haqqındadır.

75-ci ayədə buyurulur: “(Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdi: “Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”. Çox ağrılıdır, onların bir dəstəsi əməlisaleh olmağa, imkanları olarsa sədəqə verməyə nəzir etmişlər. Söz verirlər ki, imkanımız olsa, İslam və müsəlmanlara xərcləyəcəyik. Amma imkanları olan kimi vədlərindən əl çəkirlər. Xəsislik insanı ikiüzlü edir. Tamahın kökü eqoizmdir.

İkiüzlülüyə çevrilən xəsislik

Bu adamın işi o yerə çatır ki, Allahla bağladığı əhdi pozur. Sonra deyir: “Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!” (Tövbə, 78). Bu ayədən aydın olur ki, bu proses çox yavaş yavaş baş verir. Əvvəlcə ürəyində öz-özünə pıçıldayır, amma buradan qorxmalı və onun qabağın almaq lazımdır. Amma onun orada qarşısını almadı və dedi ki, heç nə demədim, heç nə etmədim. Daha sonra gözəl əxlaq sahibi olanları qınamağa və ələ salmağa başlayırlar. 80-ci ayədə bunlar haqqında buyurulur: "(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə, onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!" Ayə xəbərdarlıq etmək istəyir. Yəni ən yüksək xilas olmaq sərmayəsini sərf etsəniz belə, bu insan nicat tapmaz, çünki “Allaha və Onun Elçisinə kafir olanlar” bu cərəyan onu küfr dünyasına aparmışdır.

Xülasə, “Tövbə” surəsinin 81-ci ayəsində buyurulur: "(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə) bu istidə döyüşə çıxmayın! -dedilər. (Ya Peyğəmbərim!) De Cəhənnəm odu daha istidir! Kaş biləydilər!".

Zaman keçdikcə bu insanlar cihaddan uzaqlaşır və həyatları daha sevincli və şad olmur. Bu, onun öz həyat tərzinin nəticəsidir.

4097427

captcha