IQNA

Liviyada Quranı əzbərləmənin məşhur ənənəvi üsulu

13:26 - January 22, 2023
Xəbər sayı: 3493593
Liviyada Qurani-Kərimin əzbərlənməsinin ən mühüm və ən qədim dini üsullardan biri hesab olunan "Zübeydat" mərkəzində Quranın əzbərlənməsinin məşhur üsulu olan “taxta lövhə və mürəkkəb” üsulundan istifadə olunur.

"İQNA", "Əl-Ğamyə"-yə istinadən xəbər verir ki, Bəni Vəlid şəhərində Qurani-Kərimin əzbərlənməsi, qiraəti və tərənnümü mərkəzi Liviyanın ən mühüm və ən qədim dini mərkəzlərindən biri hesab olunur.

Bu üsulda Qurani-Kərim xüsusi taxta lövhələrə yazılaraq əzbərlənir. Sözügedən lövhə zeytun ağacından və mürəkkəb də yandırılmış yunun su ilə qarışdırılaraq hazırlanır. Sonra bu taxta lövhələrə qamış və mürəkkəbdən istifadə edilməklə Qurani-Kərimin ayələri yazılır.

“Zübeydat Qurani-Kərimi Hifz Etmə Mərkəzi” il ərzində çoxlu sayda uşaq və yeniyetmənin Quranı əzbərləməsi və ya əzbərlədiyi ayə və surələri nəzərdən keçirməsinin şahidi olub.

4116052

captcha