IQNA

BƏƏ-də 23-cü Milli Quran Müsabiqəsi başa çatıb

9:33 - January 24, 2023
Xəbər sayı: 3493606
Dubay Beynəlxalq Quran Mükafatı İnstitutu BƏƏ-də keçirilən 23-cü “Şeyxə Hind bint Məktum” milli Quran müsabiqəsinin həm kişilər, həm də qadınlar arasında sona çatdığını elan edib.

"İQNA", "BƏƏ Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Dubay Beynəlxalq Quran Mükafatının təşkilat komitəsinin sədri İbrahim Muhəmməd Bumelha bununla bağlı elan edib: "Bu komitə Dubay Qadın Hərəkatı Assosiasiyasının qərargahında 23-cü Şeyxə Hind Quran müsabiqəsinin qaliblərinin mükafatlandırılması üçün xüsusi tədbirlər görüb.

O əlavə etdi: "Bu yarışlar yanvarın 7-dən 12-dək kişilər üçün Məmrez bölgəsindəki Dubay Quran Mükafatının qərargahında və qadınlar üçün eyni bölgədəki Qadın Hərəkatı Dərnəyində keçirilib. Burada 48 kişi və 54 qadın iştirak edib".

Şeyxə Hind Bint Məktum Qurani-Kərim Yarışması Dubay Quran Mükafatı tərəfindən hər il təşkil edilən Qurani-Kərim yarışlarının ən mühümlərindən biridir.

Bu yarışma Quran hafizlərini, xüsusən də qadın hafizlərini təqdir etmək məqsədi ilə keçirilir. Həmçinin Dubayı idarə edən kral ailəsi, xüsusən də Dubay əmiri və hökmdarı Şeyx Məhəmməd ibn Rəşid Əl Maktumun həyat yoldaşı Şeyxə Hind bint Maktumun xüsusi marağına səbəb olur.

4116691

captcha